RU

İran PUA-ları hədəfdə: ABŞ və AB yeni qərarları açıqladı

ABŞ və Avropa Birliyi (AB) İranda hücum PUA-larının istehsalı və Rusiyaya təhvil verilməsi ilə məşğul olan şirkət və şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Birləşmiş Ştatlar münaqişəni davam etdirmək və regionda sabitliyi pozmaq üçün İran rejiminin Rusiyaya verdiyi PUA-ların inkişafı, istehsalı və paylanması ilə əlaqəli 4 İran qurumu və 1 şəxsə, habelə onun silahlı tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib. Bu qərarlar Avropa Birliyinin İranın dron sənayesi ilə məşğul olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq etməsi ilə eyni vaxtda qəbul olunub”, - açıqlamada deyilir.

Dövlət Departamentinin sözçüsü Metyu Miller də məsələ ilə əlaqədar açıqlama verib: “İranın Yaxın Şərqdə sabitliyi pozan davranış və terrorizmə dəstək verməyə yönəlmiş yeni AB sanksiyalarının ilk tətbiqini alqışlayırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
146
8
teleqraf.com

6Источники