RU

Bakının bəzi yollarında sıxlıq varSİYAHI

Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə olunur.

 

Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, hazırda:

 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 

2. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;

 

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 

4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

 

5. Əbdülvahab Salamzadə küçəsi, hər iki istiqamətdə;

 

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 

7. Mikayl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

 

8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

 

9. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

 

10. Babək prospekti, mərkəz istiqamətində;

 

11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

 

12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.


Избранный
236
49
senzor.az

10Источники