RU

Rusiya -Ukrayna müharibəsi Qlobal təhlükəsizliyi təhdid edir..

Rusiyanın Ukraynaya hərbi hücumu dünyada yeni siyasi münasibətlər sistemində dərin böhran yaradıb.

 Bu böhran dünyanın siyasi və təhlükəsizlik arxitekturasında mənfi təsir edərək, bir çox ölkələrin müstəqilliyinə təhdid yaradıb. Xüsusilə, Şərqi Avropa ölkələri və və post-sovet məkanı Moskvanın aqressiv siyasəti ilə üzləşib. ABŞ və  NATO Ukraynada Rusiyanın hərbi işğalını durdurmasa, Moskva  Avrasiya  İttifaqını de-yure siyasi ittifaq edərək, qonşu ölkələri bu birliyə hərbi təzyiqlər yolu ilə üzv edəcək. Baş verənlər onu göstərir ki, Rusiya fövqəl dövlət olmaq və öz təsir dairəsini formalaşdırıb, Qərbi uzaq tutmağa çalışır. Məhz davam edən böhranlı sistem və bundan sonrakı siyasi proseslərsə ABŞ və  NATO post-sovet ölkələrinin müstəqilliyinin qarantıdır deyə bilərik. Qeyd edim ki, Rusiya müdafiə naziri  KTMT müdafiə nazirlərinin iclaslarında  NATO  Cənubi Qafqazda və MDB məkanında təsir dairəsini inkişaf etdirməsinə sərt mövqe bildirməsi məhz regionun Moskvanın təsir dairəsinə daxil olduğunu mesajını verir. Rusiya Cənubi Qafqazdan və  Mərkəzi  Asiya regionundan getməməyə çalışır. Ukraynada qalib gəlmək Moskva üçün strateji önəm daşıyır və fövqəl dövlət olmasını şərtləndirir. Bunun üçün Rusiya Ukraynada nüvə silahı tətbiq etməyə də gedə bilər. Amma, Qərbin adekvat cavabı Moskvanı çəkindirir. Ukraynada müharibə yeni mərhələyə və bu müharibədə  Qərb  SSSRİ Əfqanıstanda məğlub etdiyi kimi, Ukraynada da məğlub edəcək.

Məhəmməd Əsədullazadə

visiontv.az




Избранный
116
2
visiontv.az

3Источники