Ağır atletika üzrə Azərbaycan çempionu tanışını bıçaqladığı üçün 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Mia.az Qaynarinfo.az-a istinadən bildirir ki, 2001-ci il təvəllüdlü Ümidvar Bayramlı 27 sentyabr 2023-cü il tarixdə, saat 23.00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksində tanışı Mirzə adlı şəxsi bıçaqlayıb.