RU

Ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın strateji əhəmiyyətli prioritetlərindən biridir - Əli Əsədov

Bakı. Trend:

İyunun 3-də Azərbaycan Baş naziri Əli Əsədov Minskdə “Avrasiyaİqtisadi İttifaqının Ərzaq Təhlükəsizliyi” plenar iclasında qonaqqismində iştirak edib.

Trend xəbər verir ki, plenar iclasda çıxış edən A.Əsədoviştirakçıların diqqətini ərzaq təhlükəsizliyinin vacibliyinəyönəldib.

O bildirib ki, ərzaq təhlükəsizliyi cəmiyyətin sağlamlığının,rifahının və davamlı inkişafının təmin edilməsində mühüm roloynayır, ölkənin iqtisadi və sosial sabitliyi ilə bilavasitəbağlıdır, eyni zamanda, milli təhlükəsizlik baxımından stratejiəhəmiyyət kəsb edir.

“Yuxarıda göstərilən və digər çağırışları nəzərə alaraq, ərzaqtəhlükəsizliyinin təmin edilməsi Azərbaycanın dövlət iqtisadisiyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimimüəyyən edilib”, - Baş nazir bildirib.

Plenar iclas iştirakçılarına daxili məhsullara olan daxilitələbatın ödənilməsi məqsədilə iqtisadiyyatın kənd təsərrüfatı vəyeyinti sahələrinin inkişafı istiqamətində dövlət tərəfindən həyatakeçirilən ardıcıl tədbirlər barədə məlumat verilib.

Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının və ərzaqməhsullarının təhlükəsizliyinə, bitki və heyvanların sağlamlığınadiqqət artırılır.

Bildirilib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsindəötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi 3 faizartıb. Eyni zamanda, heyvandarlıq məhsullarında artım 3,2 faiz,bitkiçilikdə 2,7 faiz olub.

“Müsbət tendensiya bu il də davam edir. İlk 4 ayda kəndtəsərrüfatı məhsulları istehsalı 1,6% artıb. Heyvandarlıqməhsulları istehsalı 1,5%, bitkiçilik məhsulları istehsalı 2,7%artıb”, - deyə Ə.Əsədov əlavə edib.

Vurğulanıb ki, dəstək tədbirləri sayəsində ölkənin bir sıraərzaq məhsulları, o cümlədən, meyvə-tərəvəz, kartof, yumurta, ət vəsüd məhsulları ilə özünütəminetmə səviyyəsi 80 faizi ötüb.

Baş nazir ötən ilin sonunda Azərbaycanın qeyri-neft və qazixracının təxminən 10% artdığını da qeyd edib.

Ərzaq məhsulları istehsalçılarının həvəsləndirilməsiistiqamətində kompleks tədbirlərdən danışan A.Əsədov onlarasubsidiyalar, vergi, gömrük və bir sıra digər güzəştlərinverildiyini bildirib.

Fevralda Nazirlər Kabineti mikro, kiçik və orta biznesə əlavədəstəyin göstəriləcəyi iqtisadiyyatın prioritet sahələrininsiyahısını təsdiq edib. İqtisadiyyatın mühüm sahələrindən biri kimikənd təsərrüfatı da Siyahıya daxil edilib.

Bitki və heyvan sağlamlığının qorunması sahəsində ardıcıltədbirlərdən danışan A.Əsədov qeyd edib ki, qanunvericilikbazasının təkmilləşdirilməsi, yüksək texnologiyalar və innovativhəllərdən istifadə, laboratoriya imkanlarının artırılması, sərhəddəbaytarlıq və fitosanitar nəzarətinin gücləndirilməsinə xüsusidiqqət yetirilir.

İqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinin təmin edilməsinəmənfi təsirinə toxunan A.Əsədov Azərbaycanın iqlim dəyişikliyi iləqlobal mübarizəyə verdiyi töhfələr barədə plenar iclasiştirakçılarına məlumat verib.

Bildirilib ki, bu il COP29-un Azərbaycanda keçirilməsi ölkəninbu istiqamətdə strategiyasının tərkib hissəsidir.
Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair bütünməsələlər üzrə Aİİ-nin tərəfdaş üzvləri ilə qarşılıqlı faydalıəməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğu bildirilib.

Избранный
168
50
az.trend.az

10Источники