RU

Türkiyədə ağır yol qəzası: 2 nəfər ölüb, 9 nəfər yaralanıb

Türkiyənin Tekirdağ şəhərində fəhlələri daşıyan mikroavtobus ilə yük maşını toqquşub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Yaralılar Çorlu Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə

Избранный
182
50
e-huquq.az

10Источники