RU

Xarkovda istirahət mərkəzi vuruldu: ölən və yaralananlar var

İyunun 3-də Xarkov vilayət prokurorluğu Rusiya tərəfindən Çuqevski rayonunun Daçnoye kəndinə gecə vaxtı raket zərbəsi endirdiyi yerdən fotolar dərc edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum yerli istirahət mərkəzinə düşüb. Donetsk vilayətindən məcburi köçkün düşmüş 45 yaşlı kişi həlak olub, daha iki baza əməkdaşı (35 yaşlı qadın və 42 yaşlı kişi) yaralanıb: “İlkin olaraq, Rusiya hərbçiləri Belqorod vilayəti ərazisindən beş “S-300” raketi ilə yaşayış məntəqəsini vurublar”, – deyə prokurorluğun açıqlamasında bildirilir.

//Samir Qurbanov, Editor.az

Избранный
81
29
editor.az

10Источники