Yaponiyanın İsikava departamentində 5,9 maqnitudalı zəlzələ baş verib. Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin meteorologiya xidməti məlumat yayıb. Zəlzələnin episentri Noqo adasında yerləşib. Yeraltı təkanlar dağıntı və tələfata səbəb olmayıb. Sunami təhlükəsi yoxdur.