RU

Qarabağ / VideoLaçında "Malıbəy" KSES-in təməli qoyulub - FOTO/VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Bu gün Laçın rayonunun Malıbəy kəndində eyni adlı kiçik su elektrik stansiyasının (KSES) təməli qoyulub.

BAKU.WS report-a istinadən xəbər verir ki, layihəni İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin "Demirören Holding” və "Arges Enerji Teal" şirkəti birgə icra edir.

Stansiyanın Həkəri çayının qolu olan Zabux çayının üzərində, Avropa və Çin texnologiyaları əsasında inşa edilməsi planlaşdırılır.

Bugünkü KSES layihənin I mərhələsidir. II mərhələdə Laçın rayonunda "Qalaça-1", "Qalaça-2" və "Minkənd" KSES-lərin, III mərhələdə isə Kəlbəcər rayonunda "Tərtər-1" KSES-in tikilməsi nəzərdə tutulur.

İnşası 2025-ci ildə tamamlanacaq 5 KSES-in ümumi gücü 13,8 Mvt olacaq, onlar ildə 39,7 kVt/saat elektrik enerjisi istehsal edəcək. "Malıbəy" KSES isə 5,1 Mvt gücünə malik olmaqla ildə 14,57 kVt/saat elektrik enerjisi istehsal edəcək.

Layihənin ümumi dəyəri 25 milyon manat, stansiyaların istismar müddəti 30 ildir. Bu stansiyalarda 25 nəfər çalışacaq.

BAKU.WS VİDEO QALEREYA

Избранный
205
30
far.az

10Источники