RU

Сinayət törətməkdə təqsirli bilinən ilk ABŞ prezidentindən qərarla bağlı reaksiya

ABŞ "cəhənnəmə doğru gedir", Donald Trampın komandası Konstitusiyanı qorumaq və ölkəni xilas etmək üçün mübarizə aparacaq.
ABŞ-nin sabiq dövlət başçısı bu barədə məhkəmədə andlılar məhkəməsinin onu maliyyə sənədlərinin saxtalaşdırılması işində təqsirli bilməsi bağlı qərarından sonra deyib.
"Hazırda bütün ölkəmiz saxtalaşdırılır. Bunu Bayden administrasiyası siyasi rəqibini incitmək üçün edib", - deyə o əlavə edib.
Tramp heç bir səhv etmədiyini və günahsız olduğunu vurğulayıb.
Onun sözlərinə görə, əsl hökm məhkəmədə deyil, noyabrın 5-də keçiriləcək prezident seçkisində veriləcək, çünki amerikalılar burada nə baş verdiyini bilir.
Qeyd edək ki, Donald Tramp 2016-cı il prezident seçkisi ərəfəsində pornoaktrisa Stormi Denielsə 130 min dollar (221 min manat) ödəniş edilməsi ilə bağlı sənədlərin saxtalaşdırılmasında ittiham olunur. Deniels iddia edirdi ki, 2006-cı ildə Trampla cinsi əlaqədə olub və prezidentin keçmiş vəkili Maykl Koen ona bu barədə susması üçün pul ödəyib.
Andlılar məhkəməsi Trampı 34 ittihamın hamısında günahkar bilib. Onu ağır cərimə və ya 136 ilə qədər həbs gözləyir.
Mənbə: RBK
Избранный
251
50
oxu.az

10Источники