Bu gün – 30 may tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 110,5 milyon dollar təşkil edib. Yeniavaz.com xəbər verir ki, bundan əvvəlki – 23 may tarixində keçirilən sonuncu hərracla müqayisədə valyutaya tələb 40,9 milyon dollar çox olub. Belə ki, 23 may tarixində keçirilən hərracda 69,6 milyon dollar həcmində valyuta satılıb. Qeyd edək ki, bu gün hərracda satılan valyutanın həcmi 13 fevral tarixindən sonra ən yükəsk həddə çatıb. Eyni zamanda valyutaya tələbat bu il ərzində 2-ci dəfə 110 milyonun üzərində olub. Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 37 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 2 milyard 893,3 milyon dollar satılıb. 9 yanvar – 74,9 milyon dollar 11 yanvar – 80,4 milyon dollar 16 yanvar – 52,9 milyon dollar 18 yanvar – 58 milyon dollar 23 yanvar – 43,9 milyon dollar 25 yanvar – 42,8 milyon dollar 30 yanvar – 64,2 milyon dollar 1 fevral – 78,7 milyon dollar 6 fevral – 79,7 milyon dollar 8 fevral – 61,4 milyon dollar 13 fevral – 151,5 milyon dollar 15 fevral – 103,9 milyon dollar 20 fevral – 102,6 milyon dollar 22 fevral – 108,1 milyon dollar 27 fevral – 105,1 milyon dollar 29 fevral – 80 milyon dollar 5 mart – 68,9 milyon dollar 7 mart – 79,1 milyon dollar 12 mart – 79,4 milyon dollar 14 mart – 83,3 milyon dollar 19 mart – 93 milyon dollar 28 mart – 94,6 milyon dollar 2 aprel – 97,9 milyon dollar 4 aprel – 64,5 milyon dollar 9 aprel – 78,9 milyon dollar 16 aprel – 72,4 milyon dollar 18 aprel – 79,8 milyon dollar 23 aprel – 77,4 milyon dollar 25 aprel – 75,4 milyon dollar 30 aprel – 77,1 milyon dollar 2 may – 73,5 milyon dollar 7 may – 75,1 milyon dollar 14 may – 107,1 milyon dollar 16 may – 44,9 milyon dollar 21 may – 77,9 milyon dollar 23 may – 69,6 milyon dollar 30 may – 110,5 milyon dollar