Ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayında artım var.
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, kollec, ali məktəblər üzrə ümumi qəbul planı yerlərinin sayında artım var: “Yeni universitetlər açılıb, yeni ixtisaslar var. Bununla əlaqədar tam təhlillər aparıldıqdan sonra növbəti həftə ictimaiyyətə məlumat veriləcək”.