RU

İslandiyanın Reykjanes yarımadasında bu il 4-cü vulkan püskürüb

İslandiyanın Reykjanes yarımadasındakı Qrindavik şəhərinin şimalında bu il dördüncü dəfə vulkan püskürməsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Səlahiyyətlilər partlayışın baş verdiyi ərazidə 1 kilometr uzunluğundakı çatdan çıxan lavanın təxminən 50 metr hündürlüyünə havaya sıçradığını və tüstünün qalxdığını bildirib.

Vulkan püskürməsi ilə əlaqədar Cənubi yarımadada fövqəladə vəziyyət elan edilərkən, Qrindavik şəhəri, Blue Lagoon turizm bölgəsi və Svartsengidəki su elektrik stansiyası boşaldılıb.

Избранный
93
2
operativmm.az

3Источники