RU

Beyonsenin anası qızı barədə: "Onu həmişə ələ salırdılar" - FOTOlar

Beyonsenin anası Tina Noulz qızının məktəb illərini xatırlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadın çox yumşaq xasiyyəti və dost olmaq istəyi səbəbindən gələcək müğənninin tez-tez xoşagəlməz vəziyyətlərə düşdüyünü söyləyib.

"Sinif yoldaşları və məhəllə uşaqları tez-tez ona gülür və onu öz aralarına qəbul etməkdən imtina edirdilər. Beyonse çox utancaq idi. Həmişə onu ələ salırdılar. Amma başqası zorakılığa məruz qalanda o, heç vaxt səssiz qalmırdı. Mən onunla inanılmaz dərəcədə fəxr edirəm", - deyə Tina bildirib.

Ananın sözlərinə görə, Beyonsenin kiçik bacısı Solanj daha fəal uşaq olub. O, tez-tez məktəb tədbirlərində iştirak edib, həmyaşıdları arasında lider və həmişə diqqət mərkəzində olub.

"Hər bir uşaq fərdidir. Onların hamısı inanılmaz dərəcədə xüsusidir. Qızlarım bu dövrü fərqli keçirdilər. Uşaqlarınızın xarakterini öyrənin və onlara hörmət edin", - deyə Tina digər analara məsləhət verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
195
50
milli.az

10Источники