RU

Dünya Barış Universitetinin kollektivi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

Şimali Kipr Türk Respublikasının, Dünya Barış Universitetinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.Dünya Barış Universitetinin kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini еhtiramla anıb, məzarı önünə gül dəstələri qоyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə güllər düzülüb.Daha sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə güllər qoyub.Daha sonra qonaqlar Türk Şəhidlərinin məzarını ziyarət ediblər.

Избранный
344
azadmedia.az

1Источники