RU

DİN-in qarşısı döyüş meydanına bənzəyir -Ermənistan saytı

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Tavuş vilayətinin keşişi, "Vətən naminə Tavuş" müxalifət hərəkatının lideri Baqrat Srbazan artıq bir neçə gündür ki, ardıcıl olaraq ölkədə itaətsizlik aksiyaları təşkil edir, baş nazir Nikol Paşinyanın istefaya getməsi tələbini ortaya qoyur.

Dünən isə Sardarapad memorila kompleksində keşişlərlə polislər arasında dava düşüb. Bu səbəbdən arxiyepiskop Baqrat bir müddət əvvəl polisin sərt davranışları ilə bağlı nazir Vahe Qazaryandan cavab almaq üçün Daxili İşlər Nazirliyinə (DİN) yürüş təşkil etdiyini bəyan edib. 

"Mamul" nəşrinin yaydığı məlumata görə, açıqlamadan dərhal sonra xeyli sayda polis əməkdaşı DİN-in binası qarşısına cəlb edilib. "Sayı hesabı bilinmıyən polis qüvvələri DİN-in ətrafına cəmləşərək Baqrat Srbazan və digər yürüş iştirakçılarını gözləyirlər", - nəşr yazıb. Qeyd edilir ki, hazırda DİN-in qarşısı döyüş meydanını xatırladır.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Baqrat Srbazan yaranmış fürsətdən sitifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural


Избранный
137
10
news365.az

10Источники