![](https://sportnet.az/uploads/posts/2024-05/medium/1716964854_konf.jpg)
Bu gün UEFA Konfrans Liqasının qalibi müəyyənləşəcək.
Sportnet.az xəbər verir ki, final matçında Yunanıstanın "Olimpiakos" və İtaliyanın "Fiorentina" klubları üz-üzə gələcəklər.
Afinadakı "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Görüşü portuqaliyalı Artur Diaşın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.