Volodimir Zelenskidən Ukraynanın üzvlük məsələsində NATO-ya təzyiq etməməyi xahiş ediblər.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” qəzeti NATO-dakı mənbələrə istinadən məlumat yayıb.
Onlar nəşrə bildiriblər ki, 2023-cü ildə NATO-nun yüksək rütbəli rəsmiləri alyansın Litvada keçirilən sammitindən sonra Kiyevin daxil olmasını dəstəkləyən üzvlərin, o cümlədən Britaniyanın bu qərar ətrafında “həddən artıq təzyiq” yaratması qərara alındıqdan sonra “gözləntilərin idarə edilməsini” həyata keçiriblər.
“Teleqraf” yazır: “Zelenskidən Ukraynanın Aİ-yə daxil olması üçün dəqiq cədvəli dəstəkləmək üçün ayrı-ayrı müttəfiqlərə təzyiq etməməyi xahiş ediblər”.
Materialın müəllifləri hesab edirlər ki, Kiyev NATO-nun “Rusiya ilə müharibəyə cəlb oluna biləcəyi” qorxusu fonunda 2024-cü ildə keçiriləcək illik sammitdə alyansa üzvlük yolunda daha da irəliləməyəcək.