RU

Həftəsonunadək 36 dərəcə isti gözlənilir

Bakıda və Abşeron yarımadasında həftənin sonunadək hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bunu Publika.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, iyunun 1-dən 2-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

N.Mahmudov qeyd edib ki, havada mülayim cənub-şərq küləklərinin üstünlük təşkil edəcəyi, iyunun 1-i gündüzdən 2-si səhərədək isə şimal-qərb küləyinin qısa müddətə güclənəcəyi gözlənilir:

"Havanın maksimal temperaturu 24-29, mayın 30 və 31-də 32 dərəcəyədək isti olacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
168
49
publika.az

10Источники