Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Belçikanın paytaxtı Brüsselə yola düşüb.
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bu barədə ölkə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
S.Papikyanın səfəri işgüzar xarakter daşıyır.
Səfərin digər təfərrüatları barədə məlumat verilmir.
Xatırladaq ki, Ermənistan müdafiə idarəsinin rəisi martın əvvəlində İrana səfər etmiş və orada ölkə rəhbərliyi ilə danışıqlar aparmışdı.
Senzor.az