RU

Lai Sinqde : “Tayvan ABŞ ilə əməkdaşlığı gücləndirməyə davam edəcək”

“Mən ABŞ-ın keçmiş Prezidenti Reyqanın “Güc vasitəsilə sülh” konsepsiyasına böyük hörmətlə yanaşıram”
Tayvan müdafiəsini gücləndirməyə davam edəcək və ABŞ-ın keçmiş Prezidenti Ronald Reyqanın “Güc vasitəsilə sülh” ideyasına əməl edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə adanın baş icraçı direktoru Lai Sinqde deyib.
“Mən ABŞ-ın keçmiş Prezidenti Reyqanın “Güc vasitəsilə sülh” konsepsiyasına böyük hörmətlə yanaşıram. Bu səbəbdən, gələcəkdə Tayvan xalqının öz evlərini qorumaq əzmini dünyaya nümayiş etdirmək üçün islahatları davam etdirməyi və müdafiə qabiliyyətini təkmilləşdirməyi planlaşdırıram”, - deyə Tayvan administrasiyasının rəhbəri izah edib.
Sinqde həmçinin əlavə edib ki, Tayvan “regional sülh, sabitlik, firavanlıq və inkişafı” qorumaq üçün ABŞ və digər həmfikir ölkələrlə əməkdaşlığı gücləndirməyə davam edəcək.
Lai Sinqde ABŞ Konqresinin adanın müdafiə qabiliyyətini gücləndirməyə və Tayvan ilə əməkdaşlığı dərinləşdirməyə davam edəcəyinə əminliyini ifadə edib.

Избранный
99
36
ayna.az

10Источники