RU

Azərbaycan tarixindən ştrixlər... - Ermənistan dövləti necə yaradıldı?!

Bakı. Trend:

Azərbaycan dövlətçilik tarixində prosesləri araşdırıb analizetdikcə maraqlı, həm də müxtəlif vaxtlarda acı mənzərənin şahidioluruq. Müxtəlif tarixi dönəmlərdə xalqımızın zaman-zaman öz tarixitorpaqlarını, ərazilərini itirdiyini təsdiq edən faktlar hərbirimizə bəllidir və indikindən dəfələrlə böyük, geniş ərazilər,xalqımıza məxsus torpaqlar təəssüf ki, indi artıq Azərbaycanərazisi kimi xəritədə qeyd olunmur. Ən çox təəssüf doğuran məqamisə həmin ərazilərin ya zərurətin, ya xəyanətin sayəsində əldənverilməsi, itirilməsi faktlarıdır. Həqiqətən də Azərbaycan xalqınaməxsus olan ərazilərin böyük hissəsi itirilib və tarixixronologiyalar bunu təsdiq edir.

Tarixi faktlar və acı həqiqətlər

Bu araşdırmaya Azərbaycan coğrafiyasında min illər bundan öncəmövcud olan dövlətçilik tarixindən deyil, bizim tarixə ən yaxın Şahİsmayıl hakimiyyətindən başlamaq istəyirəm. Təqribən 2-ciminniliyin yarısından bugünə qədər olan tarixi-siyasi prosesləriaraşdıraq. Azərbaycan dilini ilk dəfə dövlət dili elan edənSəfəvilər dövləti 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədərbugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbiPakistan, Türkmənistan, sərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi,və Rusiyanın Dağıstan ərazilərini əhatə edən geniş torpaqlara sahibolub. Həmin dövlətin əsasını I İsmayıl, yəni Şah İsmayıl Xətai1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoyub vəonun tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini dətürk tayfaları təşkil ediblər. Belə bir böyük, qüdrətli dövlət məhzsui-qəsd, yəni xəyanət nəticəsində Nadir Şahın öldürülməsindənsonra parçalanmalara məruz qalıb. Parçalanmalardan sonra da ortayaçıxan kiçik xanlıqlar isə heç də qüdrətli bir dövlət qədər güclüola bilməzdilər. Elə bundan istifadə edən xəyanətkarlar daərazilərimizin hissə-hissə itirilməsinə nail olmağa başlayıblar.Azərbaycan xalqına məxsus ərazilərdə dövlətlərin parçalanması,ərazilərin itirilməsi xəyanət sayəsində baş verib. Bunu həmindövrdən sonrakı faktlar da bir daha təsdiq edir.

Azərbaycan niyə bölündü?

Sözsüz ki, Çar Rusiyası məhz Azərbaycana məxsus ərazilərdəxanlıqların yaranmasından, daha dəqiq desək zəifləmədən məharətləvə xaincəsinə istifadə etdi. Rus-Qacar müharibəsinin (Bəzimənbələrdə bu Rus-İran müharibəsi adlandırılır) sonunda, yəni ondoqquzuncu əsrin birinci yarısında Gülüstan və Türkmənçaymüqavilələri bağlanılan, imzalanan zaman xalqımızdan “soruşmadan”belə ərazilərimiz iki hissəyə bölündü. Araz çayının cənubunda olanərazilər, elə bil ki, bir növ öz əraziləri kimi ruslar tərəfindənİrana verildi. Beləliklə da torpaqlarımız parçalandı və həmintorpaqların böyük hissəsi əlimizdən alındı. Bununla kifayətlənməyənruslar köçəri hay tayfalarının Azərbaycan ərazilərinə köçürülməsinədə bizdən soruşmadan qərar verdilər. Bu zaman həmin o zəifxanlıqlar iradə nümayiş etdirmək iqtidarında olmadılar. Ruslarbilərəkdən hay tayfalarını ərazilərimizə köçürdülər və gələcəkdə dəbizim ərazilərimizdə onlardan istifadə edərək nifaq salacaqlarınıelə həmin dövrdən planlamağa başladılar. Hansısa bir xalqındigərinə məxsus olan torpaqlar barədə belə qərarlar verməsi heç dəqəbul edilən deyil və bunun acı nəticələri sonradan əlbəttə ki,bir-bir ortaya çıxmağa başladı.

Xalq Cümhuriyyəti dövrü

1918-ci ildə Cənubi Qafqazda yalnız iki yerli xalqın, daha dəqiqdesək, azərbaycanlıların və gürcülərin dövləti yaradıla bilərdi.Çünki ancaq bu iki xalqın müstəqil dövlət yaratmaq üçün tarixietnik - ərazi bazaları var idi. Cənubi Qafqaza köçürülüb gətirilmişvə əsasən Azərbaycan torpaqlarında yerləşdirilmiş ermənilərin isədövlət yaratmaq üçün burada ərazi bazaları qətiyyən yox idi. Ammatəəssüf ki, buna fikir verilmədi və bunun əksi müşahidə olundu.Birinci Dünya müharibəsini aparan hərbi blokların hər ikisinin, ÇarRusiyası, İngiltərə, Fransa, ABŞ olmaqla, həm Antantanın, həm dəAlmaniya-Osmanlı blokunun üzvləri arasında ermənilərə dövlətyaratmaq barədə ümumi fikir artıq formalaşmışdı. Ən ikrah doğuranməqam isə, yaranmış tarixi şəraitdə Azərbaycan tərəfi, yəniZaqafqaziya Seyminin Azərbaycan fraksiyasının nümayəndələriermənilər üçün dövlət yaratmaqdan ötrü hansı Azərbaycantorpaqlarının verilməsini müəyyən etmək üçün Osmanlı dövlətininvasitəçiliyi ilə erməni tərəfi ilə danışıqlara da girirdi.Danışıqlar Batum konfransı çərçivəsində aparıldı və aparılandanışıqlar isə tariximizdə ləkə olaraq qaldı. Beləliklə, ermənilərAzərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan vəətraflarını əhatə edən Azərbaycan torpaqlarında özlərinə dövlətyaratdılar.

Azərbaycan ərazisində erməni dövlətinin yaranmaprosesi...

Xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi ki, sədrəzəm Tələtpaşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövlətiyaradılmasının tamamilə əleyhinə idilər. Hətta bu mümkün olmadıqda“ermənilərin çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklindətəşəkkül etməsini” təklif edirdilər. Lakin bu istəyə də məhəlqoyulmadı. Acınacaqlı hal o idi ki, o zaman cümhiryyət quranlar,Milli Şura yaradanlar Tələt paşa və Ənvər paşanın “çibanı kökündəntəmizləmək” siyasətinin əleyhinə idilər və “kiçik bir ermənikantonunun” yaradılmasını sanki “israrla” təklif edirdilər. Beləbir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələriMəmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə hələ 1918-ci ilmayın 23-də Ənvər paşaya xüsusi müraciətnamə də göndərmişdilər.Azərbaycan tərəfi belə bir təkliflə çıxış edərkən inanırdı ki, bugüzəşt müqabilində, yəni ermənilərə Azərbaycan torpaqları hesabına“kiçik bir kanton” yaradılacağı halda ermənilərin Osmanlıərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən Bakıya axınınınqarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımlarınıdayandıracaq və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəlisürməyəcəklər. Azərbaycan tərəfi güman edirdi ki, bu addım, həm də,böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacaq. Bir sözlə,hansısa böyük dövlətlərin “xoşlarına gəlsin deyə” ərazilərermənilərə güzəşt edilir, bağışlanırdı ki, buna artıq nə ad qoymaqlazım olduğunu hamımız yaxşı bilirik. Amma qətiyyən bu barədəxalqın fikri, rəyi öyrənilmədi və heç xalq nəzərə beləalınmadı.

Qərara qarşı protest - xalqın iradəsiilə hesablaşılmadı

Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli qərarınaəsasən İrəvanla birlikdə Basarkeçər adlanan cənub-şərq qismiistisna olmaqla Yeni Bayazit qəzası, Qəmərli-Gərnibasar,Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla İrəvan qəzası,Sərdarabad istisna olmaqla Eçmiədzin qəzası və qəza mərkəziAleksandropol istisna olmaqla Aleksandropol qəzası ermənilərədövlət yaratmaq üçün verildi. Həmin torpaqlar sadəcə olaraqbağışlandı. Beləliklə, yeni yaradılmış Ararat, yəni, Ermənistanrespublikası Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləriarasındakı dar dağlıq ərazini əhatə etdi. Nəzərə çatdıraq ki, qərarqəbul olunarkən 28 nəfər Milli Şura üzvündən cəmi 20-si iştirakedib. Onlardan isə qərarın lehinə cəmi 16 nəfər səs verib, biriəleyhinə olub, 3-ü də bitərəf qalıb. Yəni qərar hətta üçdəiki səsçoxluğu belə olmadan qəbul edilib. İyunun 1-də İrəvandan olandeputatlar – Mirhidayət Seyidov, Bağır Rzayev, Nəriman bəyNərimanbəyov protest veriblər ki, bu, qeyri-qanuni qərardır. Ammaonların protest verməsinə də məhəl qoyan olmayıb. Beləliklə də, ozaman xalqın iradəsi ilə hesablaşılmadan Azərbaycan xalqına məxsustorpaqlarda İrəvan mərkəz olmaqla, bir erməni dövlətiyaradılıb.

Ermənistan ərazisi: 9 min kv.km-dan 29,743 minkv.km-ə

9 min kvadratkilometrlik Azərbaycan torpağında yaradılmışErmənistan dövləti müxtəlif dövrlərdə sovet imperiyasının birbaşaköməyi ilə daha 20,8 min kvadratkilometr Azərbaycan torpağını ələkeçirərək ərazisini 29,743 min kvadratkilometrə qədər çatdırdı.Xatırladaq ki, Nəriman Nərimanovun Azərbaycanarəhbərlik etdiyi dövrdə Azərbaycanının ərazisi olanZəngəzur rəsmən sovet Ermənistanının tərkibinə verildi. Əraziproblemləri bolşeviklərin siyasətində sovet hakimiyyətini qurmaqüçün şirnikdirici amil kimi istifadə olunurdu. Azərbaycanda sovethakimiyyətinin qurulması ərəfəsində Naxçıvan, Qarabağ, Zəngəzur vəZaqatalanın Azərbaycan ərazisi olduğu dəfələrlə təsdiq və etirafedilsə də, Gürcüstanın sovetləşmə növbəsi çatanda Rusiya artıqZaqatalanın gürcülərin xeyrinə mübahisəli olduğu haqda sazişimzaladı, Ermənistanda sovet hakimiyyəti qurulduğu gün, yənidekabrın 1-də Naxçıvanı, Zəngəzuru, Qarabağı onlara vermək haqqındaAzərbaycanın bəyanatına nail olundu. 1920-ci il dekabrın 2-dəRusiya ilə artıq sovetləşmiş Ermənistan arasında imzalanan sazişdəZəngəzur Ermənistan ərazisi kimi göstərilmişdisə də, Naxçıvan vəQarabağ haqqında heç bir qeyd olmamışdı.

Etiraf edilməlidir ki, ötən əsrin əvvəllərində İrəvanın haylaraverilməsi bağışlanılmaz səhv idi. Cümhuriyyətin İrəvanı ermənilərəverməsi kimi bağışlanılmaz səhvindən istifadə edənlər sonra dabunun ardınca, bizim qədim diyarımız Zəngəzuru da ələ keçirdilər. Ozaman başa düşülmədi ki, Zəngəzurun verilməsi ilə böyük türkdünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsiTürkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimizyalnız Naxçıvan Muxtar Respublikası ərazisində qaldı. Mövcudvəziyyətdən nəticə çlxaran ermənilər ruhlanmağa başladılar, yenə dətorpaq iddiasına düşdülər və Qarabağı ələ keçirmək üçün mübarizəapardılar.

Əbdürrəhman Vəzirov dövrünə nəzər salaq...

Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakırayonlarından ibarət daha 17 min kvadratkilometrlik ərazisini işğaletdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalısoyqırımını törətdi. Azərbaycan xalqının başına gələnlərin vətorpaq itkilərinin səbəkarı müxtəlif dövrlərdə ölkə rəhbərliyininsəriştəsizliyi, bacarıqsızlığı olub.

1988-ci ilin mayında SSRİ rəhbərliyi tərəfindən AzərbaycandaK.Bağırovun yerinə KP MK-nın birinci katibi postuna həmin vaxtadəkPakistanda səfir işləmiş və 10 ildən çox respublikada olmayanƏbdürrəhman Vəzirov təyin edildi. Respublikanın problemlərihaqqında çox səthi təsəvvürə malik olan Vəzirov milli zəmindəyaranan münaqişəyə artıq effektivliyini tamamilə itirmiş köhnə"beynəlmiləlçi" mövqeyindən yanaşdı ki, bu da, şübhəsiz, kobud səhvidi. Tarixi-siyasi hadisələr, obyektiv reallıqlar ermənilərintorpaq iddalarını gücləndirdi. SSRİ rəhbərliyinin Ermənistanıdəstəkləməsi və Vəzirovun alovlanan Qarabağ münaqişəsini, eləcə dəErmənistandan gələn qaçqınların problemini həll etmək əvəzinəxalqın diqqətini kadr probleminə, sosial və iqtisadi problemlərəyönəldirdi. Nəticədə Qarabağ münaqişəsi kimi 30 ildən artıq davamedən bir problemin bünövrəsini qoydu. Həmin dövrdə QərbiAzərbaycandan daha dəqiq desək, Azərbaycan SSR ilə həmsərhəd olanQafan şəhərindən ilk qaçqın axını 1987-ci ilin payızından başladı.Lakin respublika rəhbərliyi Ermənistandakı azərbaycanlılarınfaciəsini görmək istəmədi, qorxaqcasına susmağa üstünlük verdi.Prinsipsizlik və milli ruhun olmaması SSRİ xüsusi xidmət orqanlarıtərəfindən erməni əhaliyə qarşı qətliamın təşkil edildiyi Sumqayıthadisələrinə gətirib çıxardı. 1988-ci ilin noyabr ayına qədərAzərbaycanda ictimai-siyasi gərginlik o həddə çatdı ki, ermənitərəfinin istənilən siyasi təxribatı dəhşətli nəticələrə gətiribçıxara bilərdi, çünki SSRİ rəhbərliyinin respublika ərazisində başverən hadisələrə təsiri azaldıqca, yerli hakimiyyətə etimad daazalırdı.

1989-cu ilin yanvarında Moskva Vəzirovun susqun razılığı iləStepanakertdə (Xankəndi) Arkadi Volskinin başçılığı ilə Xüsusiİdarə Komitəsi (XİK) yaratdı.
DQMV-nin hakimiyyət orqanları ilə paralel olaraq fəaliyyət göstərənbu inzibati orqanın yaradılması faktiki olaraq vilayətiAzərbaycanın tabeliyindən çıxararaq Ermənistanla əlaqələndirdi vəErmənistanın orada silahlı qruplar yaratmasına imkanı verdi.1988-ci ilin sonu - 1989-cu ilin əvvəllərində Ermənistandan qaçqınaxını getdikcə daha da gücləndi. Azərbaycanın sərhədyanıkəndlərinin Ermənistan ərazisindən intensiv atəşə tutulmasınabaşlanıldı. Ən nəhayət, A.Vəzirovun zəifliyi, bacarıqsızlığınəticəsində Azərbaycan xalqına qarşı SSRİ rəhbərliyi ən sərt qərarverdi. Belə ki, əliyalın, dinc xalqa qarşı 20 Yanvar kimi qanlıfaciənin törədilməsinə rəvac verdi və respublikadan qaçdı.

İlk Azərbaycan kəndinin işğal edilməsi Ayaz Mütəllibovunməsuliyyətidir

Ayaz Mütəllibovun da hakimiyyəti dövrü ermənilər üçün çoxəlverişli oldu və məhz bu dönəmdə torpaqlarımıza sahib çıxmaq üçünaktiv fəaliyyətə keçdilər. Vəziyyətdən namərdcəsinə istifadə edənermənilər məhz Ayaz Mütəllibovun hakimiyyətdə olduğu illərdə artıqöz plqnlarını əməli müstəvidə gerçəkləşdirməyə başalmışdılar vəkəndlərimizə qarşı hücumlar edərək, həmin ərazilərə ələkeçirirdilər. Mütəllibovun başı özünə, kürsüsünə, özünün qoçudəstələrinə qarışdığı vaxt Qazax rayonunun Bağanıs Ayrım kəndi1990-cı il martın 23-dən 24-ə keçən gecə əvvəlcədən təşkil edilənplan əsasında hücuma məruz qaldı və martın 24-ü səhər saatlarındaermənilər tərəfindən işğal edildi. Məhz Bağanıs Ayrım kəndiermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşdü.Daha dəqiq desək, həmin kəndin ələ keçirilməsi ilə işğalabaşlanıldı. Ermənilər Azərbaycan hakimiyyətinin qətiyyətsizliyindənbacardıqca istifadə etməyə çalışdılar, buna nail də oldular vəmillətçilik dalğasını daha da alovlandıra bildilər. ErmənilərAzərbaycan ərazilərinin guya onlara məxsus olması barədə fikirformalaşdırmaq üçün münbit şərait əldə etdilər və çirkinkampaniyaya start veridilər. Onu da qeyd etmək lazımdır ki,Mütəllibovun hakimiyyəti illərində qərbi azərbaycanlılar özata-baba yurdlarından tam çıxardıldılar, torpaqlarımızın işğalıdavam etdirildi və ermənilər tərəfindən “Xocalı” soyqırımıtörədildi. Bu xəyanətlərdən sonra Ayaz Mütəllibovun artıqhakimiyyətdə qalması mümkünsüz idi və o, 15 may 1992-ci ildəölkədən Moskvaya qaçdı...

AXC - Müsavat cütlüyü dövrü...

Ötən əsrin sonlarında hakimiyyətə gələn AXC-Müsavat cütlyününfəaliyyətini təhlil edərkən daha fərqli mənzərə ilə qarşılaşırq.1992-ci ildə çevriliş nəticəsində hakimiyyəti zəbt AXC-Müsavatcütlüyünün “fəaliyyəti” və yarıtmaz siyasəti işğalı şərtləndirənəsas amil oldu. Belə ki, bu cütlük hakimiyyətə gəlmək üçün işğal vəsoyqırım faktlarından istifadə etdi. Yada salaq ki, 1992-ci ilinəvvəllərində Xankəndi ətrafında yerləşən və azərbaycanlılarınyaşadığı Kərgicahan, Xocalı, Qaradağlı, Meşəli kəndlərində faciələryaşandı, Xocalıda soyqırım törədildi. Bundan bir neçə ay sonraŞuşa, ardınca Laçın işğal edildi və bu faciələr, işğallar“cəbhəçilər” üçün vasitəyə çevrildi və Ayaz Mütəllibovunhakimiyyətdən getməsində istifadə olundu.

Tarixi-siyasi faktlar götərir ki, “bəy”lər hakimiyyətəgəldikləri zaman ancaq vəzifə kürsülərinin bölüşdürülməsinəçalışıblar. Onlar üçün vətən torpaqları zərrə qədər mahiyyət kəsbetməyib. Çünki döyüş şəraiti hökm sürdüyü bir zamanda sərhədbölgəsində olmaq, orada vəziyyətə nəzarət etmək əvəzinə paytaxtBakıda mitinqlər keçirir, xalqı meydanlara yığaraq, öz rəqiblərinəəzələ nümayiş etdirməyə çalışırdılar. Sərhəd zonasında döyüşgetdiyi zaman oradakı əsgərlərin paytaxta gətirilməsi artıq sonhədd demək idi.

Hücuma keçən düşmən bilirdi ki, Azərbaycanda hakimiyyətdə olanqüvbələrin başı mürsü bölüşdürülməsinə qarışdığı və sərhədzonasında baş verən hadisələri özbaşına buraxdığı vaxt kəsiyi onıarüçün tarixi fürsətdir və buna hörə də əminliklə işğalı davametdirdilər. Nəticədə AXC-Müsavat cütlüyü də hakimiyyətdə çox qalabilmədi və vəziyyəti düzəltməyə çalışmaq əvəzinə 1993-cü ilinmayında hakimiyyəti qoyub qaçdı.

Milli müstəqil dövlətin de-fakto yaranmasıdönəmi

Tarixi faktlar göstərir ki, yalnız Heydər Əliyevin SSRİrəhbərliyindən uzaqlaşdırılmas ilə ermənilər yenidən torpaqiddiasına, işgalçılığa start veriblər.1993-cü ildə xalqın təkidlitələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev özqətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi ilə ilk növbədəsuverenliyi, milli maraqları ön plana çəkdi və uzun illərdən bəriAzərbaycan ərazisinə qarşı Ermənistanın təcavüzünü dayandırmağanail oldu. Sonra isə hərc-mərcliyi, vətəndaş qarşıdurmasını, xaosu,anarxiyanı aradan qaldırdı və milli maraqların təmin olunmasıistiqamətində əməli fəaliyyətə başladı. De-yure qazanılmışmüstəqilliyi de-fakto təmin etdi. Eyni zamanda, güclü bir hüquqidövlətin, vətəndaş cəmiyyətinin təməlini qoydu, dövlətimizingüclənməsi, inkişafı istiqamətində böyük proqramlara, möhtəşəmlayhələrə imza atdı. Beləliklə, Azərbaycanın dövlət müstəqilliyinitəhdid edən əsaslı problemlər aradan qaldırıldı və ölkəmiz rəvaninkişaf yoluna qədəm qoydu.

Yüzillərdən sonra suveren və QalibAzərbaycan

2003-cü idən sonra prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycanda tam yeni mərhələ, yeni inkişaf dövrü başlandı. Bumərhələdə Azərbaycan yüzillərdən bəri itirdiyi torpaqları geriqaytararaq Qalib Xalq, Qalib Dövlət statusuna nail oldu. Yeni,Müasir Azərbaycanın banisi İlham Əliyev hakimiyyətə gəlişi iləözündən qabaqki hakimiyyətlərin ya zərurətdən, ya xəyanətdənErmənistana verdikləri torpaqları xalqımızın həmrəyliyi, ordumuzunrəşadəti, şücaəti hesabına və “Dəmir Yumuruq”la işğaldan azadedərək geri qaytardı. Uzun illərdən sonra Azərbaycan dövləti İlhamƏliyevin sayəsində bu qədər güclü, bu qədər suveren olmaqla “Qalib”kimi tarixə qızıl hərflərlə yazıldı.

Xalqın gözü... Xalqın sözü...

Bu araşdırmamızda daha bir tarixi fakt da diqqətinizə çatdıraqki, Azərbaycanda xalqın hakimiyyətə gətirdiyi Heydər Əliyevə qədər,yəni həm cümhuriyyət, həm də sovet imperiyasının çöküşündən sonra,ikinci dəfə Azərbaycanın müstəqilliyi dönəmində dövlət rəhbərlərihakimiyyəti qoyub qaçıblar. Bu onu göstərir ki, Azəbaycan xalqımüdrik, siyasi yetkin, öz müqəddəratını həll etməyi bacaran vəlazım gəldikdə öz liderinin arxasıda, xəyanət etdikdə isəqarşısında durmağı bacaran bir XALQDIR. Bu gün də Azərbaycan xalqıBütöv Azərbaycan uğrunda Onu “Qalib”, “Müzəffər” statusunayüksəldən Liderinin arxasındadır.

“Resurs” Analitik İnformasiya Mərkəzi

Избранный
165
4
az.trend.az

10Источники