RU

Ermənistanda daşqında üç nəfər öldü

Ermənistanın şimalında baş verən daşqın nəticəsində üç nəfər ölüb.

"Cebhe.info" “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Fəlakət zonasında üç qurban var. Xilasedicilər Sanain körpüsünün yaxınlığında naməlum vətəndaşın meyitini çıxarıblar. Hağtanak kənd sakini 1948-ci il təvəllüdlü Avaq Avaqyanın meyiti Ayrım kəndindəki futbol meydançasının yaxınlığından çaydan çıxarılıb. 1985-ci il təvəllüdlü Sarıbek Balyanın meyiti Şınıx kəndi yaxınlığında çaydan çıxarılıb”, – DİN-in məlumatında qeyd olunub.

"Cebhe.info"

Избранный
159
17
cebheinfo.az

10Источники