RU

Media: Baltikyanı ölkələr və Polşa öz qoşunlarını Ukraynaya göndərəcəyini istisna etmir

Media:

Kiyev, 27 may, AZƏRTAC

Baltikyanı ölkələr və Polşa Rusiyanın döyüş meydanında uğur qazanacağı təqdirdə, öz qoşunlarını Ukraynaya göndərəcəyini istisna etmir.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazıb.

Məqalədə qeyd edilir ki, ötən həftə Estoniyanın paytaxtında keçirilən xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Lennart Meri konfransı çərçivəsində Baltikyanı ölkələrin parlamentariləri Almaniya hökumətinin nümayəndələrinə Berlinin Ukraynadakı müharibə ilə bağlı siyasətinin nəticələri barədə xəbərdarlıq ediblər.

Xüsusilə, söhbət Ukrayna ordusunu uzaqmənzilli silahlarla təmin etməkdən imtina və Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə Qərb silahlarını vurmağı qadağan etməsindən gedir.

“Onların arqumenti ondan ibarətdir ki, əgər ruslar Ukraynanın şərqində strateji irəliləyiş əldə edə bilsələr, vəziyyət dramatik şəkildə gərginləşə bilər. Baltikyanı siyasətçilər xəbərdarlıq ediblər ki, bu halda Latviya, Litva, Estoniya və Polşa rus qoşunlarının öz sərhədlərinə yerləşdirilməsini gözləməyəcəklər, onlar özləri Ukraynaya qoşun yeridəcəklər. Bunun nə demək olacağı isə aydın idi: NATO müharibənin tərəfinə çevriləcək”, - “Spiegel” nəşri yazır.

Nəşrin izah etdiyi kimi, Almaniya Kansleri Olaf Şolts və ABŞ Prezidenti Co Baydenin qorxduğu ssenari məhz budur.

Emil Hüseynli

AZƏRTAC--ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
89
3
azertag.az

4Источники