Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 8-ci qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Monakoda təşkil olunub.
Budəfəki yarış “Ferrari”nin üzvü Şarl Leklerin qələbəsiylə yekunlaşıb. Elə Monakodan olan 26 yaşlı pilot 78 dövrəlik yarışı 2:23:15.554 göstərici ilə ilk sırada bitirib. Bu, onun cari mövsümdə ilk, karyerasında isə 6-cı qələbəsidir.
Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü olubsa, ikinci yeri “Maklaren”in pilotu Oskar Piastri tutub. Ötən mövsümün çempionu, bu mövsümün lideri olan “Red Bull”un üzvü Maks Ferstappen bu dəfə 6-cı olub.
Beləliklə, 8 turdan sonra 169 xala malik Maks Ferstappen vahid liderdir. Şarl Lekler 138 xalla ikincidirsə, Lando Norris 113 xalla 3-cü sıraya yüksəlib.
Mühəndislər Kubokunda da “Red Bull” 276 xalla vahid liderdir. “Ferrari” 252 xalla ikinci, “Maklaren” 184 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 9-cu qran-prisi Kanadada keçiriləcək. Sözügedən yarış iyunun 9-da Monrealda baş tutacaq.
Dünya çempionatı, 2024
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 169
- Şarl Lekler (Ferrari) – 138
- Lando Norris (Maklaren) – 113
- Karlos Sayns (Ferrari) – 108
- Serxio Peres (Red Bull) – 107
- Oskar Piastri (Maklaren) – 71
- Corc Rassell (Mersedes) – 54
- Luis Hamilton (Mersedes) – 42
- Fernando Alonso (Aston Martin) – 33
- Yuki Tsunoda (Rasinq Bulls) – 19
- Lens Stroll (Aston Martin) – 11
- Oliver Berman (Ferrari) – 6
- Niko Hulkenberq (Haas) – 6
- Daniel Rikkardo (Rasinq Bulls) – 5
- Aleksander Albon (Uilyams) – 2
- Esteban Okon (Alpin) – 1
- Kevin Maqnussen (Haas) – 1
- Pyer Qasli (Alpin) – 1
- Jou Quanyu (Zauber) – 0
- Valtteri Bottas (Zauber) – 0
- Loqan Sarcent (Uilyams) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Red Bull – 276
- Ferrari – 252
- Maklaren – 184
- Mersedes – 96
- Aston Martin – 44
- Rasinq Bulls – 24
- Haas – 7
- Uilyams – 2
- Alpin – 2
- Zauber – 0