RU

Fransa və Almaniya Ukraynaya əlavə dəstəyi nəzərdən keçirəcək

Fransa və Almaniya Fransa-Almaniya müdafiə və təhlükəsizlik şurasının qarşıdan gələn iclasında Ukrayna üçün bütün sülh ssenarilərini və Kiyevə dəstəyi nəzərdən keçirəcəklər.

Sitat.info xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

“Müdafiə və təhlükəsizlik şurasının qarşıdan gələn birgə iclasında biz Ukraynanın sonadək müqavimət göstərməsi, silahlanması, dəstəyi, təlimi, eləcə də davamlı sülhün qurulması üçün istənilən ssenarilərə hazır olmağı, başqa sözlə, Ukraynaya gələcək yardımı müzakirə edəcəyik. Sülh təslim olmaq deyil. Sülh prinsipdən imtina etmək deyil. Sülh bir ölkənin öz sərhədlərini və suverenliyini müdafiə etmək qabiliyyətidir", - deyə o qeyd edib.

Xatırladaq ki, Makron son 24 ildə ilk dəfə Almaniyada dövlət səfərindədir. 

Türkan

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
sitat.info

1Источники