RU

İngilis kəşfiyyatı: “Putin orada məqsədinə nail ola bilmədi”

“Rusiya Prezidenti Vladimir Putin Xarkov vilayətinin şimalında “bufer zona” yaratmaq məqsədinə nail ola bilmədi”.

Globalinfo.az xəbər verir ki,  bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat bülletenində qeyd olunur.

Məlumatda bildirilir ki, Rus ordusu Xarkov bölgəsində Volçanska istiqamətində irəliləməyə davam etsə də, hücumların əksəriyyəti Ukrayna ordusu tərəfindən dəf edilib. Şəhər hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir.

Həmçinin, Rusiya ordusunun Volçansk yaxınlığında Buqruvatka kəndini ələ keçirməyə çalışdığı, Liptsi kəndi istiqamətində hücumlarını davam etdirdiyi bildirilir.

Xatırladaq ki, Vladimir Putin mayın 17-də çıxışı zamanı Rusiyanın Xarkovda “bufer zona” yaratmaq istədiyini açıqlamışdı.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
bakuinform.agency

1Источники