RU

“Ukrayna müharibənin bəlkə də ən çətin anını yaşayır...”

...Kreml hərbi xidmətə çağırış və maddi həvəsləndirmə yolu ilə silahlı qüvvələrini gücləndirib, hər ay 30 000-ə qədər yeni əsgər cəlb edib və milli büdcənin üçdə birini müdafiə və təhlükəsizliyə xərcləyir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu yazan“The New Yorker”, bu günUkrayna müharibənin bəlkə də ən çətin anını yaşadığını da gizlətmir.

Təbii ki, bu nəşr də səbəb kimi, ABŞ-dan hərbi yardımın buraxılmasının ləngiməsini göstərir.

Təsadüfi deyil ki, Rusiya qüvvələri artilleriya atışlarında artıq ona bir üstünlüyə malikdir. Hava hücumundan müdafiə vasitələri tükəndiyi üçün Ukrayna şəhərləri, xüsusilə Xarkov müharibə başlayandan bəri ən davamlı hücumlara məruz qalıb.

Raket zərbələri ölkə daxilində elektrik şəbəkələrini sıradan çıxarıb.

Nəşr qeyd edib ki, Konqres aprelin sonunda 61 milyard dollarlıq yardım paketini təsdiqləsə də, müharibənin sürəti artıq dəyişib və istənilən halda silah sistemləri bir gecədə döyüş meydanına çatdırıla bilmir.

Amma etiraf edilməlidir ki, bu gün silah çatışmazlığı Ukraynanın problemlərindən yalnız biridir. Məsələ bundadır ki, Ukrayna ordusundaəsgər də yoxdur.

Keçən ay Ukrayna prezidenti Vladimir Zelenski nəhayət ki, qanun layihəsini genişləndirən və onu daha şəffaf, effektiv edən bir sıra səfərbərlik qanunlarını imzaladı.

Amma hələ də tərxisetmə prosesi yoxdur.

...Və ABŞ-dan çoxdan gözlənilən silah axınında olduğu kimi, yeni qanunlar da döyüş meydanındakı reallığı dəyişdirmək üçün vaxt aparacaq.

...Məhz elə bu fürsət pəncərəsində ruslar hücuma keçiblər.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
sia.az

1Источники