RU

“Bizdə də xarici aktivlər var, onlardan gəlir əldə edilir ” – Siluanov Qərbə xəbərdarlıq etdi

Rusiyanın maliyyə naziri Anton Siluanov G7 və Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərini investisiya qoymaqdan əldə edilən gəlirdən istifadə etməklə bağlı gözlənilən qərarının güzgü effekti doğuracağını bildirib.

Musavat.com xəbər verir ki, nazir yerli jurnalistə müsahibəsində əks addımlar atmaq üçün Rusiyanın əlində yetərincə imkanlar olduğunu deyib: “İndi deyirlər, yaxşı, biz hələ qızıl-valyuta ehtiyatlarını götürmürük, onlara toxunmuruq, amma onların istifadəsindən əldə olunan gəliri onların müəyyən etdiyi məqsədlərə yönəldəcəyik. Biz də eyni şeyə sahibik, bütün imkanlarımız var, C hesablarımızda pulu dondurmuşuq . Aktivlərimiz var, biz də gəlir alırıq, qərar olacaq, biz də eyni şeyi edəcəyik, tamamilə eyni şəkildə”

Qeyd edək ki, Aİ Şurası ötən həftənin əvvəlində Ukrayna üçün nəzərdə tutulan dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin hər iki ildən bir Aİ büdcəsinə köçürülməsini nəzərdə tutan qətnamə qəbul edib. Qətnamə mayın 23-də qüvvəyə minib, Şura onu Aİ-nin Rusiyaya qarşı mövcud iqtisadi sanksiyalarına əlavə edib. Aİ bu layihədən ildə 5 milyard dollar əldə edəcəyini gözləyir.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
musavat.com

1Источники