RU

Rusiyanın vurduğu “Episentr”də dəhşət - ölənlərin sayı bilinmir

Raket zərbələri Xarkovdakı hipermarketin boya və lak materiallar bölməsinə düşüb və bu, dərhal güclü yanğına səbəb olub

Xəbər verildiyi kimi, mayın 26-da Rusiya ordusu Xarkovda “Episentr” hipermarketini raketlərləvurub. Hazırda 16 nəfərin öldüyüməlumdur. Daha 43 nəfər yaralanıb, 10-dan çoxadamitkin düşüb. Şəhər hakimiyyəti hücum zamanı hipermarketdə 200-ə yaxın insanın olduğunu bildirib. Regional prokurorluq nümayəndəsinin sözlərinə görə, ruslar “Episentr”i vurmaq üçün UMPB D-30 idarə olunan aviabombalardan istifadə ediblər.

Raket zərbələri hipermarketdəboya və lak materiallarıbölməsinə düşüb və bu, dərhal güclü yanğına səbəb olub.

Turkustan.az xəbər verir ki, ukraynalı jurnalist və yazıçı Anna Gin bildirib ki, hipermaketinyerləşdiyi ərazidə yaşayır.

“Pəncərələrdən hamımız qara tüstü gördük.Buranəhəng şöbələri olan hipermarketdir: çilçıraqlar, mebellər, ofis ləvazimatları satılır. Bu, Xarkov sakinlərinin ən çox alış-veriş etdiyi mağazalarından biridir, çünki eviniz üçün hər şeyi bir yerdə ala bilərsiniz. Ona görə də orada həmişə çox insan olur. Nə qədər insanın itkin düşdüyü bəlli deyil. Raket zərbəsindən sonra dəhşətli yanğınolduğundan ölənlərin sayı artacaq. Bir saat sonra daha bir raket Mərkəzi Parka düşüb. Bura həm də Xarkov sakinlərinin, xüsusən də həftə sonları sevimli yerdir. Orada ailələr və uşaqlar var idi.Aydındır ki, bu, əhalininsıx olduğuərazilərə hədəflənmiş hücumdur. Əgər bizi bir daha qorxutmağa çalışırdılarsa, bu gün buna nail oldular. Bir çoxları sadəcə mağazaya paltaryuyan toz almaq üçün getdikləri üçün artıq aramızda deyillər”, - deyə jurnalist bildirib.

Ukrayna prezidenti Vlodimir Zelenski Xarkovdan raket hücumundan sonra dünya liderlərinə müraciət ünvanlayıb. Ukrayna prezidenti raket zərbələrini “Rusiya dəliliyinin növbəti təzahürü” adlandırıb, çünki “yalnız Putin kimi dəlilər insanları bu qədər alçaq şəkildə öldürməyə və terror etməyə qadirdir. Onlar üçün yandırma xoşdur. Rusiyaya müharibə ilə can yandırmağı, şəhər və kəndləri dağıtmağı, xalqları parçalamağı və milli sərhədləri silməyi normaya çevirmək istəyən insanlar rəhbərlik edir”, - deyə o bildirib./Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
90
2
turkustan.az

3Источники