RU

"ATACMS raketləri Rostov rayonuna uçub gələrsə..." - Kasparov

Təcavüzkar ölkə Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibə aparması üçün maksimal potensialı iki ildir.
 
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşinin baş redaktoru Alesa Batsmana müsahibəsində  şahmat üzrə 13-cü dünya çempionu, rusiyalı müxalifət siyasətçisi Harri Kasparov bəyan edib.
 
Onun sözlərinə görə, tammiqyaslı müharibə "çətin ki, 2027-ci ilədək davam etsin".
 
"Mən Ukraynanın nə qədər potensialı qaldığını və Qərbin bu vəziyyətdə nevə davranacağını bilmirəm...Düşünürəm ki, 2025-ci il həlledici olacaq", - Kasparov vurğulayıb.
 
O, qeyd edib ki, Putinin "ciddi həm iqtisadi, həm də hərbi problemləri var".
 
"Əgər Qərb hansısa qətiyyət göstərməyə hazırdırsa, bu, ilk növbədə onunla bağlıdır ki, Ukrayna cavab verməlidir...
 
Raketlər rəsmi sərhədlərdən keçən kimi Rusiyada vəziyyət dəyişməyə başlayacaq. Amerikanın uzaqvuran ATACMS raketləri Rostov rayonuna uçub gələn kimi bu, dərhal Rusiya daxilində vəziyyəti dəyişəcək", - Kasparov hesab edir.
 
Siyasətçi qeyd edib ki, hal-hazırda Rusiyanın Moskva və Sankt-Peterburq kimi böyük şəhərləri "müharibəni gerçəkdən hiss etmir".
 
Kontekst
 
ABŞ orta mənzilli ATACMS raketlərini (təxminən 160 km məsafəyə uçur) Ukraynaya 2023-cü ildə tədarük etməyə başlayıb. 
 
O zaman Kiyev Vaşinqtona 300 km məsafəyə uçan ATACMS raketlərini verməyə çağırış edib, lakin ABŞ bundan imtina edib. 
 
2024-cü ilin fevralında prezident Co Bayden Ukraynaya öz ərazisində istifadə edilməsi üçün uzaqmənzilli ATACMS raketlərinin verilməsi üçün tapşırıq verib və mart ayında tədarük başlanıb.
 
KİV-lərin məlumatına görə, ABŞ Ukraynaya 100-dən çox uzaqvuran ATACMS raketlərinin verilməsini təsdiq edib.
 
Rusiya ilə eskalasiyadan ehtiyat edən Qərb ölkələri uzaqvuran raketlər və digər döyüş sursatlarının Rusiyaya zərbələr endirmək üçün istifadəsinə qadağa qoyub.
 
Ukrayna Müdafiə Nazirliyi 2023-cü ilin fevralında təsdiq edib ki, tərəfdaş ölkələr tərəfindən verilən silahdan Rusiya ərazisinə vurmamaq öhdəliyi götürüb.
 
2024-cü il mayın 1-də Latviya XİN rəhbəri Bayba Braje məlumat verib ki, bəzi ölkələr bu qadağanı götürüb, lakin onların adlarını açıqlamayıb. 
 
Böyük Britaniya XİN rəhbəri Devid Kemeron mayın 2-də deyib ki, Ukrayna Britaniya silahından Rusiya ərazisinə zərbələr üçün istifadə edə bilər.
 
ABŞ Dövlət Departamenti bəyan edib ki, Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsini dəstəkləmir. Lakin ABŞ Dövlət katibi Entoni Blinken deyib ki, Amerika belə zərbələrin əleyhinə deyil.
 
Eyni zamanda o, ABŞ-ın Ukraynaya Amerika silahından Rusiyaya zərbələr üçün icazə verib-verməməsi ilə bağlı suala cavab verməkdən yayınıb.
 
Mayın 16-da Pentaqon qeyd edib ki, Ukrayna Amerika silahından yalnız öz ərazisində istifadə edə bilər.
 
"The Wall Street Journal" nəşri mayın 18-də yazıb ki, Ukrayna ABŞ-dan Amerika silahından Rusiya ərazisində istifadə edilməsinə qoyulan məhdudiyyətləri götürməyi xahiş edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
127
moderator.az

1Источники