RU

“Turan Tovuz” “Kəpəz”i məğlub edib

Azərbaycan Premyer Liqasında mövsümün son turunun növbəti oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, "Turan Tovuz" doğma meydanda "Kəpəz"i qəbul edib.

Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 74-cü dəqiqədə Otto Con vurub.

Bu nəticədən sonra xallarını 48-ə çatdıran "Turan Tovuz" mövsümü altıncı pillədə bitirib. "Kəpəz" isə 35 xalla səkkizinci yerdə qalıb.

Azərbaycan Premyer Liqasının bu mövsümünə bu gün saat 19:30-da başlayacaq "Araz-Naxçıvan" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.

Избранный
140
7
xezerxeber.az

8Источники