RU

Azərbaycan BEM enerjisinin şəbəkəyə inteqrasiyası üçün "Hitachi Energy" avadanlığı ilə maraqlanır

Bakı. Trend:

Azərbaycan bərpa olunan enerji mənbələrindən (BEM) əldə olunanelektrik enerjisinin şəbəkəyə inteqrasiyası üçün dünyanın nüfuzlu"Hitachi Energy" istehsalçısının avadanlığı istehsalı iləmaraqlanır.

Trend xəbərverir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa OlunanEnerji Mənbələri Dövlət Agentliyində (AREA) "Hitachi Energy"nümayəndələri ilə görüşdə deyilib.

Şirkət 140-dan çox ölkədə fəaliyyət göstərir və əməkdaşlarınınsayı 40 min nəfəri ötür. "Hitachi Energy" şirkətinin biznesininhəcmi isə 10 milyard ABŞ dollarından yuxarı qiymətləndirilir.

"Dünya miqyasında 150 qiqavattdan yuxarı yüksək gərginliklidaimi cərəyan xətlərini enerji sisteminə inteqrasiya etməkləmüştərilərimizin daha çox külək və günəş enerjisindən istifadəetməsinə köməklik göstərmişik", - "Hitachi Energy" şirkətininsaytında dərc olunan məlumatda qeyd olunub.

Qeyd edək ki, baş ofisi İsveçrənin Tsürix şəhərində yerləşən"Hitachi Energy" "Hitachi Ltd." transmilli konqlomeratının törəməşirkətidir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Избранный
124
2
az.trend.az

3Источники