RU

"Qarabağ", "Kəpəz" və "Araz-Naxçıvan" klubları cərimələnib

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən üç klubu cərimələyib. SİA-nın məlumatına görə, "Kəpəz" XXXV turda "Zirə"yə 0:1 hesabı ilə uduzduğu oyunda azarkeşlərin hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə 1000 manat ziyana düşüb.

“Qarabağ” – “Turan Tovuz” matçından (4:3) sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə Ağdam klubu 500 manat ödəyəcək.

"Araz-Naxçıvan" isə "Qəbələ"yə uduzduğu (0:2) qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.

Избранный
27
7
sia.az

7Источники