RU

Bahar Muradova: “Nikahların sayında azalma, boşanmaların sayında artma müşahidə olunur”

Yazını böyüt
Yazını kiçilt

Bu gün Milli Məclis Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında hesabat təqdim olunub.

Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova verib.

B.Muradova bildirib ki, gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası qanununun 20 ci maddəsinə uyğun olaraq Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin 2023 -cü il üzrə Məlumatı ötən il respublikamızda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq və milli öhdəliklərin yerinə yetirilməsinə dair görülmüş işləri özündə əks etdirir.

“İlk dəfə olaraq Məlumata Mediasiya Şurasının hesabatı, Gender məsələləri üzrə məsul şəxslərin siyahısı, Sosial xidmət müəssisələrinin və yardım mərkəzlərinin xidmətlərindən yararlanan şəxslər barədə hesabat, həmçinin Naxçıvan Muxtar Respublikasının məlumatları da daxil edilmişdir.

Məlumat 150 səhifədən ibarət olmaqla, 62 dövlət orqanı və 77 yerli icra hakimiyyəti və Naxçıvan Muxtar Respublikasından daxil olan informasiyaları əhatə etmişdir. Qeyd etmək istəyirəm ki, statistik göstəricilər Dövlət Statistika Komitəsinin və digər dövlət orqanlarının məlumatlarına əsaslanmışdır.

Dövlət Komitəsi tərəfindən aparılan altı araşdırma barədə məlumatları kitabçada göstərilən QR kodu vasitəsilə və Komitənin internet səhifəsindən tam şəkildə əldə etmək mümkündür.

B.Muradova son illərdə ilk dəfə olaraq ötən il gender əsaslı ayrı-seçkiliyin ən geniş yayılmış forması olan məişət zorakılığı zəmnindəki cinayətlərdə azalma müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, bu müdafiə mexanizmlərinin fəaliyyətinin koordinasiya edilməsi və güclənməsindən xəbər verir.

“Azərbaycan üzrə 2023-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı keçən illə müqayisədə 15% azalıb. Nikah yaşının 1 il azaldılması ilə bağlı yerli icra hakimiyyətləri tərəfindən 241 yetkinlik yaşına çatmayan şəxsə icazə verilmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü il üzrə doğumu qeydə alınmış cinslər arasındakı fərq 7008 nəfərdir. Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir. 2022-ci illə müqayisədə 2023-cü ildə nikahların sayında azalma, boşanmaların sayında artma müşahidə olunur. Statistika göstərir ki, abortların sayı 2022-ci illə müqayisədə 27% artıb”

Избранный
71
hafta.az

1Источники