RU

Dövlət Komitəsi uşaq hüquqları ilə bağlı apardığı təhlillərin nəticəsini Nazirlər Kabinetinə təqdim edib

Dövlət

Bakı, 24 may, AZƏRTAC

Uşaq hüquqları haqqında qanun layihəsi artıq aidiyyəti qurumlardadır və rəy mərhələsində müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib.

Komitə rəsmisi qanun layihəsində uşaqlarla bağlı inzibati və məhkəmə icrası ilə əlaqədər yeni tələblərin müəyyənləşdirildiyini qeyd edib.

A.Sofiyeva hazırda cəmiyyətdə uşaqlara qarşı həssas yanaşmanın olduğunu bildirərək əlavə edib: “Dövlət Komitəsi tərəfindən bu istiqamətdə 19 təhlil həyata keçirilib. Bu təhlillərin 5-i uşaq hüquqları istiqamətində müxtəlif tədbirlərə həsr olunub. Son illərdə həyata keçirilmiş təhlillərin nəticəsini Nazirlər Kabinetinə təqdim etmişik və nəticələr aidiyyatı qurumlara göndərilib”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
2
azertag.az

3Источники