Ölkənin qanuni şans oyunları mərkəzi Misli.az-ın stimullaşdırıcı lotereyasının ikinci tirajında daha 6 nəfər qalib olub.
Onlardan 3 nəfər Almaniyada keçiriləcək futbol üzrə Avropa Çempionatına hər şey daxil tur paketinə sahib olub. Səyahət paketi qazananlar həm Berlini gəzə, həm də 14 iyulda burada keçiriləcək “Avro-2024”ün final oyununu canlı izləyə biləcəklər. Digər 3 nəfər isə “iPhone 15 Pro Max 256 GB” qazanıb. Bəxtəvər qaliblərə hədiyyələri təqdim olunub.
“Misli.az ilə Avropaya” adlı stimullaşdırıcı lotereyada daha 12 ədəd qiymətli hədiyyə uğrunda bəxtinizi sınaya bilərsiniz. 6 ədəd Almaniyaya futbol səyahəti paketi və 6 ədəd “iPhone 15 Pro Max 256 GB” şanslı qaliblərini gözləyir.
Lotereyaya qatılmaq üçün yalnız Misli.az-da idman mərc oyunlarında iştirak etmək kifayətdir. Hər 5 manatlıq mərc məbləği ilə kampaniyaya avtomatik qoşulmuş olursunuz. Lotereyada qazandığınız şans sayı hər növbəti gün mobil nömrənizə SMS ilə göndərilir.