RU

Azərbaycanlı futbolçunun klubu baş məşqçi ilə yolları ayırır

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi “LKS Lodz” baş məşqçisi Marçin Matisyakla yollarını ayırır.

Sportinfo.az xəbər verir ki, bu barədə Ekstraklasa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Mütəxəssis çempionatda "Stal" (Melets) ilə sonuncu turun matçından sonra postundan gedcəcək.

Lodz klubu yeni baş məşqçinin iyunda bəlli olacağını açıqlayıb.

Ekstraklasada 21 xalla 18-ci pillədə qərarlaşan LKS-in aşağı liqaya düşəcəyi dəqiqləşib. Rahil Məmədov yanvarda “Qarabağ”dan bu komandaya keçib.

Onun müqaviləsinin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Избранный
116
50
sportinfo.az

10Источники