Binəqədidə qanunsuz tikintinin qarşısı alındı - Video
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.