RU

Gürcüstanın Baş prokuroru istefa verdi

Gürcüstanın Baş prokuroru İrakli Şotadze istefa verib.

Olaylar xəbər verir ki, bununla bağlı Baş prokuror rəsmi sosial şəbəkə səhifəsində yazıb.

O bildirib ki, həkimlərin tövsiyələrini nəzərə alaraq bunu edir: "Hazırda Gürcüstanın Baş prokuroru vəzifəsini tərk etmək qərarına gəldim. Səhhətimdə yaranan problemlərə görə öz səlahiyyətlərimi həyata keçirməyə davam edə bilmərəm".

Qeyd edək ki, İ.Şotadze 18 fevral 2020-ci ildə bu vəzifəyə seçilmişdi. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
107
13
olaylar.az

10Источники