RU

İcbari sığorta üzrə ödənişlər - 42 MİLYON MANATI KEÇDİ

Azərbaycanda icbari sığorta üzrə yığımlar və ödənişlər artıb.

FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 132  milyon 440 min manat təşkil edib.

 Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 763 min manat və ya 5% çoxdur.

2023-cü ilin yanvar-aprel aylarında bu göstərici 125 milyon 676 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 42 milyon 371 min manat təşkil edib ki, bu da illik müqayisədə 10 milyon 271 min manat və ya 32% çoxdur.

Əvvəlki ilin eyni dövründə 32 milyon 100 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 32,3% təşkil edib. Zərərlilik son bir ildə 6,5% azalıb, 

Ötən ilin eyni dövründə zərərlilik  25,5% idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
7
fed.az

10Источники