RU

Azərbaycana turist axını 39 % artıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 174 ölkədən 726,4 minnəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 38,9 % çoxəcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, gələnlərin 28,8%-i Rusiya, 19,0%-i Türkiyə,9,7%-i İran, 8,4%-i Hindistan, 4,6%-i Gürcüstan, 3,1%-i Qazaxıstan,hər birindən 2,4% olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 1,9%-iBirləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, hər birindən 1,4%olmaqla Ukrayna və Türkmənistan, 1,3%-i Küveyt, 1,2%-i Belarus,1,1%-i Çin, 11,5%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin71,1%-ini kişilər, 28,9%-ini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,3dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,1 dəfə, CənubiKoreyadan - 2,0 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə,Bəhreyndən - 2,0 dəfə, Qırğızıstandan - 1,9 dəfə, Filippindən - 1,9dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,8 dəfə, İrandan - 1,6dəfə,Tacikistandan - 1,6 dəfə, Misirdən - 1,5 dəfə, Türkmənistandan- 1,5 dəfə, Küveytdən - 1,5 dəfə, Yəməndən - 49,8 %, İordaniyadan -49,4 %, İtaliyadan - 49,1 %, Pakistandan - 41,6 %, Özbəkistandan -33,4 %, Polşadan - 28,2 %, Almaniyadan – 28 %, Türkiyədən - 25,9 %,Rusiyadan - 25,8 %, Ukraynadan - 23,9 %, Birləşmiş ƏrəbƏmirliklərindən - 22,3 %, Gürcüstandan - 15,4 %, ABŞ-dan - 12,7 %,Fransadan - 11,5 % artıb.

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə körfəzölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 121,9 min nəfər,Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 35,6 % artaraq27,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 30,3 % artaraq277,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7%-i hava, 28,9 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniznəqliyyatından istifadə edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
150
9
az.trend.az

6Источники