RU

Prokurorluqdan əhaliyə MÜRACİƏT: plastik cərrahiyyə və estetik prosedurlar...

Baş Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsinə dair tələblərlə bağlı vətəndaşlara müraciət edib.

Qurumun Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, müraciətdə plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedurların həkim təyinatı əsasında həyata keçirilməli olduğu vurğulanıb:

"Bundan əvvəl həmin prosedurun şəxsin həyat və sağlamlığına təsirinə dair müayinəsi aparılmalıdır. Proseduru icra edən həkim pasiyentdən bu müayinənin aparılmasını tələb etməlidir.

Plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedur son zərurət halında həyata keçirilməli, hər bir şəxs üzrə keçirilmiş prosedurların uçotu aparılmalı, növbəti dəfə müraciət edildikdə əvvəlki prosedurlar barədə məlumat verilməli və həkim tərəfindən yoxlanılmalıdır.

Estetik proseduru həyata keçirən şəxsin müvafiq tibbi təhsili olmalı, həmçinin bu sahədə ixtisaslaşmalıdır.

Plastik cərrahiyyə əməliyyatını aparan şəxsin ali tibbi təhsili olmaqla yanaşı, bu sahədə ixtisaslaşmalıdır.

Ali tibbi təhsil almadan həkim və ya həkim-kosmetoloq adından istifadə etmək yolverilməzdir.

Избранный
110
29
publika.az

10Источники