İsrailin 7 oktyabrdan bəri intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında ölənlərin sayı 35 min 709-a yüksəlib.
İsrailin Qəzza zolağının bombardmanı 229-cu gündür ki, davam edir.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun son 24 saat ərzində dinc əhaliyə qarşı 6 hücum təşkil etdiyi, 62 nəfərin həyatını itirdiyi, 138 nəfərin yaralandığı bildirilib.
Hücumların başladığı 7 oktyabrdan bəri ümumi can itkisinin 35 min 709-a, yaralıların sayının isə 79 min 990-a yüksəldiyi bildirilib.
Dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, İsrailin maneələri səbəbindən təcili yardım və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də vurğulanıb.Nuranə Məmmədova
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта