RU

Nöqsanlarla əlaqədar daha bir klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-in mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, keçirilən nəzarət tədbirləri çərçivəsində Gəncə şəhərindəki “İntermedservis” Məhdud Məsuliyyətli Cəmiyyətində ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı ilə əlaqədar 2023-cü ildə aparılmış yoxlama zamanı aşkarlanmış nöqsanların aradan qaldırılmadığı müəyyənləşdirilib.

Bununla əlaqədar qanunvericiliyin tələbinə uyğun olaraq, agentlik tərəfindən “İntermedservis” MMC-də rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
182
49
ikisahil.az

10Источники