RU

Dörd ildir yaratdıqları BOKT son iki ildə səhmdarlara 1.46 mln. dividend ödəyib

“MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” ASC keçən ildə mənfəətindən dividend ayırıb.

Banker.az xəbər verir ki, BOKT-nin səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, ötən il 700 min manat dividend elan ediblər. Bu 2022-ci ildə 760 min manat idi.

BOKT 2019-cu ildə təsis edilsə də, 2020-ci ildən tam güclə fəaliyətə başlayıb. 2021-ci ildən isə mənfəətə çıxıb.

“MJ Financial Services BOKT” 2021-ci ili 905 min manat, 2022-ci ili 1 mln. 689 min manat və 2023-cü ildə isə 1  mln. 859 min manat xalis mənfəət əldə edib.

Son iki ildə səhmdarlara bu BOKT-dən 1 mln. 460 min manat dividend ayrılsa da, cari ilin əvvəlində kapital balansında 2 mln.853 min manat bölüşdürülməmiş mənfəət var. Səhm kapitalı 300 min manat olan BOKT-nin iki səhmdarı var: 70% ilə Camal Aydınov və 30% ilə Mədəd Rüstəmov.

Səhmdarlar BOKT kapital mövqeyini qorumaq üçün bölüşdürülməmiş mənfəətdən daha az istifadə etmiş olurlar.

Избранный
115
50
banker.az

10Источники