RU

Bu ölkədə onlarla zəlzələ qeydə alındı: Son 40 ilin ən güclü...

İtaliyanın cənubunda, Neapol ərazisində onlarla zəlzələ qeydə alınıb.

Ekologiya.az oxu.az-a istinadən bildirir ki, bu barədə Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Seysmik təkanlar 20 may tarixində axşam saatlarında qeydə alınıb. Onlar heç bir fəsad törətməsələr də, əhali arasında təşviş yaradıblar.

Regionun paytaxtı Kampaniya yaxınlığındakı vulkanik ərazi olan Fleqrey sahələrində mütəxəssislər 49 təkan qeydə alıblar. İlk zəlzələ 3,5 bal gücündə olub. İkincisi isə yerli vaxtla saat 20:10-da 4,4 bal gücündə olub, ardınca onlarla təkrar təkanlar baş verib.

Alimlərin sözlərinə görə, bunlar son 40 ildə ən güclü təkanlar olub.

Ehtiyat tədbiri olaraq, yerli hakimiyyət orqanları çərşənbə axşamı məktəblərin bağlanacağını açıqlayıblar. Burada müvəqqəti məskunlaşma mərkəzləri yerləşdiriləcək, çünki INGV gecə ərzində yeni təkanların baş verəcəyini istisna etmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
139
33
ekologiya.az

10Источники