Vladimir Zelenski Ukraynanın legitim və qanuni prezidentidir, çünki hərbi vəziyyət dönəmində seçkilər mümkün deyil.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniya xarici işlər naziri Annalena Berbok Kiyevdə ukraynalı həmkarı Dmitri Kuleba ilə mətbuat konfransında deyib.
O bildirib ki, Ukrayna azad, işğal edilməmiş ölkə olmasını istəyir, lakin seçkilərin keçirilməsinə imkan verməyən yeganə şəxs Ukraynaya hücum edən Rusiya Prezidenti Vladimir Putindir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun