RU

ASUS ROG Strix XG27AQDMG gaming monitoru təqdim edilib - QİYMƏTİ

     ASUS şirkəti özünün ROG brendi altında yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS ROG Strix XG27AQDMG adlanır. Beləliklə bu yeni gaming monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560х1440 piksel keyfiyyətli 26.5 düym ölçülü WOLED ekranla təchiz olunub. WOLED dedikdə OLED-in təkmilləşdirilmiş versiyası nəzərdə tutulur. Bu ekran texnologiyası çərçivəsində hər bir pikselə əlavə ağ subpiksel əlavə edilir. Bu isə öz növbəsində ekranın yanması halının qarşısını almalıdır. Qeyd etmək lazımdır ki, ASUS ROG Strix XG27AQDMG üstəlik radiator soyutma sisteminə də sahibdir. Monitorun ekranı DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir və NVIDIA G-Sync texnologiyasını dəstəkləyir. Monitor özündə HDMI 2.1 və DisplayPort 1.4 girişlərini birləşdirir. ASUS ROG Strix XG27AQDMG artıq satışa çıxıb və onun qiyməti 620$ təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
62
technote.az

1Источники