Tərtər rayonunun Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib. Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb. “1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb.O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda deyilir.